ONN İnformasiya Agentliyi

Saatda 1200 km sürətlə hərəkət edən nəqliyyat vasitəsi — 2020-ci ildə real olacaq + VİDEO

Saatda 1200 km sürətlə hərəkət edən nəqliyyat vasitəsi — 2020-ci ildə real olacaq + VİDEO
26 Fevral 2018 - 23:13

Elm adamları tərəfindən “beşinci nəqliyyat vasitəsi” adlandırılan ən son texnologiya “Hyperloop” sistemi üçün daha bir önəmli addım atılıb.

ONN media xəbər verir ki, milyarder biznesmen Riçard Brensonun sahibi olduğu “Virgin” şirkəti hyperloop layihəsinin prototipini tanıdıb. Layihə reallaşdırıldıqda sərnişinlər saatda 1200 km sürətlə səyahət edə biləcəklər.

2020-ci ildə həyata keçirilməsi planlaşdırılan bu sistemin 1 vaqonuna 10-15 sərnişin yerləşəcək.

2 ildən sonra Əbu Dabi və Dubay arasında sərnişin daşıyacaq sistem 1 saat 40 dəqiqəlik yolu 12 dəqiqəyə qət edəcək. Hyperloop iki şəhər arasında saatda 10 min sərnişin daşıyacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png