ONN İnformasiya Agentliyi

Sadə yolla necə varlana bilərik?

Sadə yolla necə varlana bilərik?
09 Avqust 2022 - 8:39

ABŞ alimləri yoxsulluqla mübarizənin yolunu tapıblar. Müəyyən eidblər ki, varlılarla dostluq kasıb ailələrdən olan insanlara yoxsulluqdan qurtulmağa kömək edir.

Alimlərin bu barədə araşdırması “New York Times”də yayımlanıb.

Mütəxəssislər sosial şəbəkələrdə 72 milyon insanın dostluğunu təhlil ediblər. Məlum olub ki, kasıb insanların yetkinlik dövründə uğurları əsasən daha imkanlı həmyaşıdları ilə yaxınlıq dərəcəsi ilə müəyyən edilir.

Dostlarının 70 faizinin varlı ailələrdən gəldiyi bölgələrdə böyüyən uşaqların gəlirləri orta hesabla 20 faiz artıb. Alimlər bu fenomeni “iqtisadi sahiblik” adlandırıb, bunun məktəb təhsili və ailə şəraitindən daha çox təsir etdiyini bildiriblər.

Harvard iqtisadçısı və iqtisadi bərabərsizliyin köklərini öyrənən “Opportunity Analytics” proqramının direktoru Rac Çetti bildirib ki, güclü sinif əlaqələri olan məhəllələrdə böyüyən uşaqlar daha yaxşı performans göstərir və yoxsulluqdan çıxma ehtimalı daha yüksəkdir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png