Sevgi kişi üçün nə deməkdir?

Qadın üçün həyat sevgi deməkdir. Kişilərdə belə deyil. Kişi üçün sevgi həyatının yalnız bir hissəsini təşkil edir, çünki onun yerinə yetirməli olduğu başqa vacib işləri var. Əslində, kişilər sevgi şeirlərini və digər sənət əsərlərini aşiq olduqları üçün yazmırlar. Bu məşğuliyyətin onun üçün öz dəyəri var və sevgi ilə heç bir əlaqəsi yoxdur.

ONN media  xəbər verir ki, hind dini xadimi və mistik Oşonun fikrincə, kişilərin həyatında sevgi böyük yer tutmur. Qadınlar üçünsə sevginin ifadəsi ölçüyəgəlməzdir:

“Sevgi kişi üçün musiqidən, poeziyadan və rəsmdən bezəndə dərin sevgiyə qapılmaq, özünü unutmaq istəyi və ya istirahət yeridir. Dünyadan və bütün işlərdən yorulan kişi qadın energetikasının sehrinə düşüb orada ərimək istəyir. Unutmayın ki, yalnız qadın istiliyində istirahət edə bilən kişi sevir və bundan sonra o, rəsm çəkə, şeir yaza, musiqi bəstələyə və ya yenidən rəqs edə bilər. Onun üçün sevgi enerji mənbəyidir. Hansı ki, başqa işləri görə bilmək üçün zəruri təməldir.

Qadınlarda vəziyyət əksinədir, onlar hər bir işi sevgi uğrunda edirlər. Sevməyən qadın heç nə etmək istəmir”.(publika.az)