Sezonun ən reytinqli serialı müəyyənləşdi

Başladığı ilk gündən marağa səbəb olan “Yalı çapkını” serialı reytinq rekordları qırıb.

ONN media xəbər verir ki, Star TV-də təqdim edilən layihə ötən günlərdə yayımlanan 10-cu bölümü ilə Türkiyədə sezonun ən reytinqli ekran işi olmağı bacarıb.

Serialın baş rollarını isə Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.

Qeyd edək ki, “Yalı çapkını”nın ssenarisi psixoloq Gülseren Budayıcıoğlunun kitabı əsasında hazırlanılıb