ONN İnformasiya Agentliyi

Sıxıntıdan xilas olmağın 6 yolu

Sıxıntıdan xilas olmağın 6 yolu
17 Mart 2018 - 4:43

ONN media sizə sıxıntıdan xilas olmağın 6 yolunu təqdim edir.

1. Evdə hüzur yaratmaq üçün, evinizdəki əşyaların yerini dəyişdirin. Artıq hesab edilən və istifadə etmədiyiniz əşyaları çıxarın. Bunlar sizə çətin gəlirsə, normalda evin içində heç oturmadığınız bir otaqda, bir kresloda oturun və vaxt keçirin. 

2. Sizin çəkdiyiniz və ya internetdən tapdığınız şəkillərdən çərçivələr hazırlayın. Hər zaman görə bildiyiniz yerə asın. Özünüzü sıxılmış hiss edəndə bu şəkilləri analiz edin. 5 dəqiqə sonra əhvalınız dəyişdiyini hiss edəcəksiniz.

3. Hər gün 1 saatı özünüz üçün ayırın. Ancaq bu saatı sözlə deyil, proqramlı olaraq etməlisiniz. Məsələn, sabah saat 21:00 ilə 22:00 oxuma saatı olaraq qeyd edin və digər günlər də bu plana sadiq qalın. Rəsm çəkmək kimi yeni hobbilərlə məşğul olun. Bu bir saat ərzində sevdiyiniz istənilən işlə məşğul ola bilərsiniz.

4. Təbiət qoynunda vaxt keçirin. Müasir insan hər nə qədər evdə oturmağı sevsə də, təbiətin təbii ehtiyac olduğunu unutmamaq lazımdır. Düşüncələrinizin sizi daraltdığını hiss etdiyiniz zamanlarda, çıxın və ən yaxın parkda skamya oturun və quşların səsini dinləyin. 15 dəqiqə sonra fərqi hiss edəcəksiniz.

5. Sizə heç bir halda faydası dəyməyəcək bir yaxşılıq edin. Günümüzdə edilən bütün yaxşılıqlar qarşılıq gözləyərək edilir. Qarşılıqsız edilən yaxşılığın isə sağaldıcı gücü var. 

6. Sevdiyiniz birinə zəng edin və necə hisss etdiyinizi, onun haqqında nə düşündüyünüzü dürüst şəkildə deyin. Çətin gəlsə də, etməyə çalışın. Qarşı tərəf təəccüblənsə də, sevinəcəkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png