ONN İnformasiya Agentliyi

Sofiya robotu korrupsiya sözündən donub qaldı

Sofiya robotu korrupsiya sözündən donub qaldı
27 Yanvar 2018 - 8:33

Dünyanın ən ağıllı robotu sayılan Sofiya xarab olub.

ONN media xəbər verir ki, Davosda dünyanın ən ağıllı və ilk dəfə vətəndaşlıq alan robotu Sofiyanın iştirak etdiyi sessiyada kuryoz hadisə yaşanıb. Ukrayna Radasının deputatı Alyona Şkrumun sözlərinə görə, Sofiya robotun skripti xarab olub, prosessoru isə donub.

İnsanlarla söhbət etmək bacarığına sahib olan Sofiyanı sponsorlar Davosda təşkil edilən “Ukrayna evi”nə gətiriblər. Davosda robota ünvanlanan sual onun bütün sistemini alt-üst edib. Belə ki, Ukrayna nümayəndələrindən biri Sofiyaya “Ukraynada korrupsiyanın öhdəsindən necə gəlmək olar” sualını ünvanlayıb. Sualdan 1 dəqiqə sonra onun prosessoru donub.

Xatırladaq ki, Sofiya adlandırılan robot-humanoid 2016-cı ildə "Hanson Robotiks” şirkəti tərəfindən yaradılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png