SOS! Bu dəniz heyvanının nəsli kəsilə bilər

Bioloqlar daha bir heyvanın nəslinin tezliklə kəsiləcəyini bildirib.

ONN media xəbər verir ki, ABŞ sahillərində yaşayan Kaliforniya adi dəniz donuzlarının sayı 10 başadək azalıb.

Qeyd olunur ki, balinanın bu növünün sayı bir neçə il əvvəl 300-ə çatırdı.

Lakin brakonyerlik nəticəsində heyvanların sayı kəskin azalıb.

Yerli sakinlər bu heyvanları xarici görünüşünə görə “balaca inək” də adlandırır.