ONN İnformasiya Agentliyi

Telefon almadan öncə mütləq oxuyun

Telefon almadan öncə mütləq oxuyun
24 Sentyabr 2018 - 16:45

Smartfon texnologiyasında böyük inqilaba start verən "Apple” şirkəti keçən həftə yeni "iPhone XS” modelini təqdim etdi.

ONN media xəbər verir ki, yeni telefonun ən çox müzakirə edilən xüsusiyyəti isə eSİM texnologiyasıdır.

Telefonlara taxılan kiçik ağ plastik kartlar kimi bildiyimiz SİM kartların əksinə olaraq, eSİM əlimizlə toxuna biləcəyimiz material kart deyil. Smartfonunuza taxılacaq kiçik çipdən ibarətdir.

Ancaq eSİM-in işləyə bilməsi üçün mobil operatorların bu texnologiyanı dəstəkləməsi lazımdır. Bu üzdən yeni "iPhone”lardan (XS və ya XS Max) hər hansı birini almaq istəyirsinizsə, mobil operatorunuzun bu texnologiyanı dəstəklədiyinə əmin olmalısınız. Bir xətti iş üçün istifadə edərkən, digərini şəxsi həyat üçün istifadə edə bilərsiniz. Ancaq eyni anda sadəcə birindən istifadə edə bilərsiniz. Bu iki xətdə internet və danışıq tarifləri baxımından bir-birindən fərqli paketlər seçə bilərsiniz.

eSİM texnologiyası yeni deyil. "Samsung” 2016-cı ildə bazara çıxardığı "Gear S2” markalı smart saatda bu texnologiyadan istifadə etmişdi. eSİM-in nano SİM kartlardan belə kiçik olması smart saat seqmenti üçün çox əlverişlidir.

"Google”un məşhur smartfonu "Pixel 2”də də eSIM var, ancaq dünya miqyasında demək olar ki, bütün operatorlar bu texnologiyanı dəstəkləmir. 
Fərqli xətlərdən istifadə ilə yanaşı bu texnologiyanın daha bir üstünlüyü var. O, da çipin yenidən yazıla bilməsidir. Bunun sayəsində yeni plastik kart gözləməyə ehtiyac yoxdur. Tək telefonla mobil operator dəyişdirə bilərsiniz. eSİM-lə müxtəlif cihazları mobil hesaba bağlamaq da çox asan olacaq.
Bütün yeni "iPhone” modelləri SİM kart oyuqları ilə bir yerdə satılacaq. Əgər istəməsəniz, eSİM-dən istifadə etmək məcburiyyətində deyilsiniz.
Yeni eSİM texnologiyası Qlobal Mobil Rabitə Sistemləri (GSMA) tərəfindən dəstəklənir. Hazırda yalnız 10 ölkənin mobil operatorları eSİM xidməti təqdim edir: Avstriya, Kanada, Xorvatiya, Çexiya, Macarıstan, Hindistan, İspaniya, İngiltərə və ABŞ.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png