ONN İnformasiya Agentliyi

“Telegram” istifadəçilərinin NƏZƏRİNƏ

“Telegram” istifadəçilərinin NƏZƏRİNƏ
20 İyun 2022 - 8:35

Telegram” messenceri istifadəçilərə əlavə funksiyalara giriş imkanı verən ödənişli “Premium” versiyanı işə salıb. Eyni zamanda, tətbiqin özü pulsuz olaraq qalacaq.

ONN media xəbər verir ki, bu barədə messencerin rəsmi saytında bildirilir.

Qeyd olunur ki, “Telegram”a pullu abunə olduqdan sonra tətbiqdə demək olar ki, bütün limitlər ikiqat artır. Abunəçilər 4 GB-a qədər faylları yükləyə, faylları maksimum sürətlə endirə, unikal stikerlər və reaksiyalar göndərə, söhbətləri idarə etmək üçün əlavə alətlərdən istifadə edə və bir çox başqa üstünlüklər alacaq.

Eyni zamanda, tətbiqin təxminən on il ərzində görünən bütün funksiyaları pulsuz olaraq qalacaq.

2022-ci ildə “Telegram”-ın aktiv istifadəçilərinin sayı ayda 700 milyon nəfəri ötüb və messencer özü də dünyada ən çox yüklənən beş proqramdan biri olub

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png