“Tik Tok”dakı bu trend ölümə səbəb oldu

Son zamanlar arıqlamaq istəyənlər ağızlarına bant yapışdıraraq yatır və bu anları Tiktok hesablarında paylaşırlar.

ONN media xəbər verir ki, qısa müddətdə trendə çevrilən bu davranışla bağlı açıqlamalar verən mütəxəssislər xəbərdarlıq ediblər. Onlar bu davranışın beyin qanaması, infarkt, insult kimi həyati təhlükələrə səbəb ola biləcəyini bildiriblər.

Ekspertlər vurğulayırlar ki, ağzını bantlayaraq yatmaq yuxu zamanı qəfil ölümlərə səbəb ola bilər.

Mövzu ilə bağlı danışan nevrologiya mütəxəssisi Dərya Uludüz bu cür yatmağın ölümlə nəticələnə biləcəyini deyib:

“Bunun necə tendensiyaya çevrildiyini anlamıram, amma son dərəcə təhlükəlidir. Beyin oksigensiz qalır, qan dövranı pozulur – bunlar serebral iflicə səbəb olur. İnfarktın səbəb olduğu ölümlər baş verə bilər”