ONN İnformasiya Agentliyi

TikTok artıq tarixə qovuşur?

TikTok artıq tarixə qovuşur?
13 Mart 2024 - 20:11

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.

ONN media xarici mediaya istinadən xəbər verir ki, konqresin aşağı palatasının 352 üzvü qanun layihəsinin lehinə, 65 konqresmen isə əleyhinə çıxış edib.

Layihəyə əsasən, sosial şəbəkəni satmaq üçün Çinin “ByteDance” şirkətinə altı ay vaxt verilməsi təklif edilir, əks halda “TikTok” ABŞ-də qadağan ediləcək.

Bildirilib ki, gələcəkdə hər hansı “düşmən tərəfindən idarə olunan tətbiqlər” üçün eyni məhdudlaşdırıcı tədbirlərin tətbiqi mümkündür.

Hazırda layihə baxılması üçün ABŞ Senatına göndərilib. Senat layihəni təsdiqləyərsə, Prezident Co Bayden onu imzalayacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png