ONN İnformasiya Agentliyi

Ucuz iPhone 12 nə vaxt təqdim ediləcək?

Ucuz iPhone 12 nə vaxt təqdim ediləcək?
14 Avqust 2020 - 3:10

Texnologiya nəhəngi Apple iPhone 12 seriyasında 5G-yə üstünlük versə də, 4G texnologiyasına sahib bir modelin olacağı da bildirilib.

ONN media bildirir ki, Apple artıq 5G dünyasına addım atır. Sentyabr ayında təqdim olunacaq dörd yeni iPhone-un da 5G dəstəkli olacağı məlumdur. Ancaq firmanın beşinci modelini də nümayiş etdirəcəyi deyilir.

Məlum olduğu qədər sözügedən model ucuz 4G iPhone 12 olacaq. Bu smartfon 2021-ci ilin əvvəllində satışa çıxarılacaq.

5G texnologiyası hələ tam yayılmadığı üçün modelin böyük potensiala malik olduğu deyilir.

Daha çox az gəlirli şəxslər üçün nəzərdə tutulan smartfonun Azərbaycan bazarında yer alıb-almayacağı bəlli deyil.(ted.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png