ONN İnformasiya Agentliyi

Uşağınızın sizi sevdiyini göstərən 7 işarə

Uşağınızın sizi sevdiyini göstərən 7 işarə
17 Fevral 2018 - 20:31

ONN media maraqlı məlumat təqdim edir.

Yeni doğulmuş körpəniz gözlərinizin içinə baxırsa

Dünyaya yenicə qədəm qoyan körpəniz mənasız baxışlarla ancaq gözlərinizin içinə baxır, çünki üzünüzü əzbərləməyə çalışır. Onun üçün nə qədər əhəmiyyətli olduğunuzu hər keçən gün daha çox qavrayır və yaxın zamanda onun vazkeçilməzi halına gəlirsiniz.

 İki dəqiqə belə yanından ayrılmağınıza icazə vermirsə

Körpəniz 8 ilə 12 aylıq olduğu zaman otaqdan çıxıdığınız anda üz-gözünü turşutmağa və ətrafına diqqətlə baxmağa başlayırsa və siz gəldiyiniz zaman bu ifadələrin yerini onun şirin gülüşləri əvəz edirsə, bu artıq "Sənsiz bir anım belə olmasın, ana" demək kimi bir şeyidir.

 Balacanız ara-sıra hirslənirsə

Bütün bu ağlayıb qışqırmaların səbəbi sizi sevməkdən yorulduğu mənasına gəlməz. Bu sadəcə o ana duyduğu qəzəbdir, bu müddət keçdikdən sonra sizə qarşı sevgisi yenə əvvəlki kimi olacaqdır. Unutmayın ki, sizi bu qədər çox sevməsə, hirslənməzdi.

 

 Yıxıldığı zaman və ya üzgün olduğu zamanlarda sizi qucaqlamaq və ya qucağınıza gəlmək istəyirsə

1-2 yaş qrupu arasında olan uşaqlar "səni sevirəm" kəlməsinin mənasını anlamaya bilərlər. Amma hərəkətləri sözlərdən daha çox şey ifadə edər. Üzgün olduqları zamanlarda təsəllini sizdə axtarmaqları onların sizə qarşı olan gerçək sevgisinin sübutudur.

 Məktəb yaşındakı uşağınız sizə hədiyyə vermək istəyirsə

Bağçadan topladığı çiçəklər, parıltılı bir daş və ya başqa bir kiçik hədiyyə onun sizə özəl olduğunuzu söyləmə şəklidir. Sizi xoşbəxt görmək onu çox sevindirir.

 Sizə kömək etməyə və özünü göstərməyə çalışırsa

Evin içində sizə kömək etməyə çalışır və sizi özünə heyran buraxmaq üçün fürsət axtarırsa, bu o deməkdir ki, sizin tərəfinizdən təriflənməyə ehtiyacı var.

 Etdiyi kiçik dəcəllikləri görmənizdən qorxursa

Körpəniz etdiyi kiçik dəcəlliklərdən söhbət açdığınızda utanıb çəkinirsə, bu sizə qarşı olan sevgisindən və dərin hörmətindən irəli gəlir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png