ONN İnformasiya Agentliyi

Uşaqlara ŞAD XƏBƏR – Məşhur cizgi filminin davamı çəkiləcək

Uşaqlara ŞAD XƏBƏR – Məşhur cizgi filminin davamı çəkiləcək
17 Noyabr 2019 - 22:41

Rusiyanın məşhur “Soyuzmultfilm” kinostudiyası “Nu, poqodi!” cizgi filminin davamını çəkəcək.

Kinostudiya cizgi filminin daha 26 seriyasını çəkməyi planlaşdırır.

Bu barədə jurnalistlərə məlumat verən “Soyuzmultfilm” kinostudiyası İdarə Heyətinin sədri Yulinana Slaşeva bildirib ki, cizgi filminin 1969-cu il yanvarın 1-də ilk buraxılışının ekrana çıxmasından 50 il keçir. Bu münasibətlə filmin 26 yeni seriyasının çəkilişləri planlaşdırılır. Yeni seriyadan olan ilk film 2020-ci ildə balaca tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, “Soyuzmultfilm” kinostudiyası 1936-cı ildə yaradılıb. İndiyədək burada 1500-dən çox cizgi filmi çəkilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png