ONN İnformasiya Agentliyi

“Whatsapp” bu telefonlarda işləməyəcək

“Whatsapp” bu telefonlarda işləməyəcək
07 Sentyabr 2022 - 8:40

Cari ilin oktyabr ayından etibarən məşhur vatsap messenceri bəzi “Apple” smartfonlarını artıq dəstəkləməyəcək. 

“iOS 10” və “11” əməliyyat sistemli “iPhone” istifadəçiləri vatsapdan proqram təminatının iOS 12 və digər versiyalara yenilənməsi tövsiyəsi ilə bağlı bildirişlər almağa başlayıb.

Əks halda, 24 oktyabr 2022-ci il tarixindən etibarən messencer istifadəçiləri ona girişi itirəcək.

Eyni zamanda, hələ də populyar olan “iPhone 5” və “iPhone 5C” smartfonlarını “iOS 12”-ə yeniləmək mümkün deyil. Beləliklə, oktyabrın sonundan bu smartfonların sahibləri vatsapdan istifadə edə bilməyəcəklər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png