ONN İnformasiya Agentliyi

“WhatsApp”da boşluq aradan qaldırıldı

“WhatsApp”da boşluq aradan qaldırıldı
19 Noyabr 2019 - 22:22

“Facebook”un əməkdaşları “WhatsApp” xidmətində hakerlərin istifadəçilərin qurğularına müdaxiləsinə və onların məlumatlarını oğurlamasına imkan verən boşluğu aradan qaldırıblar.

ONN media xəbər verir ki, “CVE-2019-11931” adlı boşluqdan istifadə edən kibercinayətkarlar qurbanın cihazına casus proqramı və ya bekdor quraşdırmaq imkanına malik olublar.

Bunun üçün istifadəçiyə MP4 formatında xüsusi fayl göndərmək tələb olunurdu. Bu, buferin həddən artıq yüklənməsinə və nəticədə nasazlığa gətirib çıxarırdı.

“Android”, “iOS” və “Windows” sistemlərinin idarəetməsi altında işləyən qurğuların təhdid altında olduğu məlum olub. “WhatsApp” xidmətinin əməkdaşları bildiriblər ki, bu boşluq hakerlərin məqsədli hücumlarında istifadə edilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png