“WhatsApp”da daha bir YENİLİK

Dünyanın ən populyar mesajlaşma proqramı olan “WhatsApp” daha bir yeniliyə imza atıb.

ONN media bildirir ki, “WhatsApp” Android beta tətbiqini 2.19.73 variantına təzələyib. Yenilənməylə birlikdə simvollar sırasına LGBT bayrağı əlavə olunub.

Həmçinin, yeniliklə bərabər istifadəçilər bir-birlərinə göndərdikləri şəkilləri “Google”də axtara biləcəklər. Hazırda proqramın qüsursuz şəkildə çalışması üçün işlər davam etdirilir.