ONN İnformasiya Agentliyi

“WhatsApp”da MÖHTƏŞƏM YENİLİK

“WhatsApp”da MÖHTƏŞƏM YENİLİK
08 Avqust 2019 - 23:38
Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” tətbiq edəcəyi növbəti yeniliklə istifadəçilərini sevindirəcək.

ONN media bildirir ki, proqrama İnstaqramın ən sevilən özəlliyi olan “Boomerang” əlavə olunacaq. Nəticədə istifadəçilər çəkdikləri qısa videolara “Boomerang”la sürət verə biləcəklər.

Yenilik təqribən 7 saniyəlik videolarda istifadə olunacaq. Hazırlanan videolar həm göndəriləcək, həm də proqramın “Hekayə” hissəsində paylaşıla biləcək.

Hazırda sınaq mərhələsində olan yeniliyin əvvəl “iOS”, daha sonra isə “Android” istifadəçilərinin ixtiyarına veriləcək. Yeniliyin nə vaxt istifadəyə veriləcəyi hələ ki məlum deyil. (redaktor.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png