ONN media

“WhatsApp”dan YENİLİK

“WhatsApp”dan YENİLİK
04 Avqust 2019 - 20:40
“WhatsApp” və “İnstagram” tətbiqetmələrin adına “Facebook-dan” sözü əlavə ediləcək.
ONN media xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.

Qeyd olunub ki, dəyişdirilən adlar Google Play Store və App Store mobil dükanlarında göstəriləcək. Bundan əlavə, yenilənmiş adlar bu iki tətbiqin içərisində də görünəcək.

Lakin mobil cihazların ekranlarında tətbiqlərin adları eyni qalacaq.

“Facebook” şirkətinin sözçüsü Berti Tomsonun sözlərinə görə, bu cür yeniliklər tətbiqetmələrin şirkətə mənsub olduğunu göstərəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png