ONN İnformasiya Agentliyi

“WhatsApp”ın işində problem yarandı

“WhatsApp”ın işində problem yarandı
17 Sentyabr 2020 - 18:15

“WhatsApp” mesencerinin beta versiyasında dünya boyu nasazlıq ortaya çıxıb.

ONN media  xəbər verir ki, toplu çatlardan istifadəçilər yox olmağa başlayıb.

Bəzi istifadəçilər “Twitter”dən bildirirlər ki, başqa istifadəçi hər hansı ismarıc göndərəndə onlar çatda yenidən görünməyə başlayıb.

Bununla yanaşı, Hindistandan bir istifadəçi “WhatsApp” vasitəsilə şəkil çəkə bilmədiyini açıqlayıb.

Sözügedən çətinliklərlə yalnız v2.20.200.7 və v2.20.200.8 versiyalarını işlədən “Android” istifadəçilərinin üzləşdiyi bildirilir. Belə ki, daha köhnə versiyanı yükləməklə bu nasazlıqdan qurtulmaq mümkündür.

“WhatsApp”dan məsələyə dair fikir bildirməyiblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png