ONN İnformasiya Agentliyi

“WhatsApp”ın veb versiyasında gözlənilən funksiya işə düşür

“WhatsApp”ın veb versiyasında gözlənilən funksiya işə düşür
21 Oktyabr 2020 - 2:04

“WhatsApp” messencer proqramının veb versiyasında audio və videozənglər yerinə yetirmək funksiyası işə salınacaq.

ONN media bildirir ki, bu funskiya beta-sınaq mərhələsini keçsə də, hələlik istifadəçilər üçün əlçatan deyil.

Qeyd olunur ki, messencerdən zəng zamanı kompüterin ekranında üzən pəncərə peyda olacaq. Həmin pəncərədə zəngə cavab vermək və ya imtina etmək düymələri yer alacaq.

Bundan başqa, “WhatsApp”ın veb versiyası üçün qrup zəng funksiyasının işə salınması üzrə hazırlıqlar gedir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png