“Whatsapp”ödəniş sistemini sınaqdan keçirir

"Whatsapp"öz şəxsi ödəniş sistemi olan "Whatsapp Pay" i açacaq.

ONN media xəbər verir ki,messencerin istifadəçiləri smartfon vasitəsilə bu xidmətlərdən birindən istifadə etməklə aldıqları məhsul və xidmətlərin dəyərini ödəyə biləcəklər.

Funksiya artıq Hindistanda İOS və android üçün əlavənin beta versiyasında istifadəyə verilib.Pulköçürmələri ancaq  "Whatsapp Pay"cüzdanları arasında mümkündür.Tərtibatçılar bu məhdudiyyəti aradan qaldırmağa çalışır ki,ödəniş sistemi digər xidçətlərlə də əlaqə yarada bilsin.Şirket Hindistanın aparıcı bankları ilə əməkdaşlıq sazişi bağlayıb.Belə ki,istifadəçilər messencerin ödəniş sistemini bank kartı ilə sinxronlaşdırmaq imkanı əldə ediblər.