ONN İnformasiya Agentliyi

Xəzərin suyu çəkildi və 4 min illik şəhər gün üzünə çıxdı

Xəzərin suyu çəkildi və 4 min illik şəhər gün üzünə çıxdı
03 İyul 2019 - 14:29

ONN media xəbər verir ki, Türkiyənin Elazığ şəhəri ətrafında yerləşən Xəzər gölündə su səviyyəsinin aşağı düşməsi nəticəsində “Batan şəhər” kimi tarixə düşən yaşayış məskəninin qalıqları ortaya çıxıb.

Xəzər Baba və Məsdər dağları arasında yerləşən, 22 km uzunluğa və 6 km enə sahib Türkiyənin ən dərin göllərindən biri olan Xəzər mavi və yaşılın müxtəlif tonları ilə əsrarəngiz mənzərə ortaya çıxarır.

Xəzər gölündə 1890-cı illərdə meydana gələn zəlzələ nəticəsində sulara qərq olan və minlərlə il keçmişə sahib “Batan şəhər” qala divarları və bürcləri ilə birlikdə gün üzünə çıxır. Aparılan arxeoloji araşdırmalar zamanı 11-ci əsrə aid qalıqlar çox sayda tapılsa da, şəhərin 4 min il əvvəl salındığına dair dəlillər də mövcuddur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png