Yapon iş adamı 11 min dollara üzüm salxımı aldı

Yaponiyanın İsikava prefekturasında “Ruby Roman” sort üzümünün salxımı hərracda 11 min dollara yaxın qiymətə satılıb.

ONN media xəbər verir ki, salxımı yerli hotellər şəbəkəsinin meneceri əldə edib.

“Ruby Roman” sortu ilk dəfə ilk dəfə 2008-ci ildə satışa çıxarılıb.

Sentyabrın sonunadək daha 6 min salxımın satılacağı gözlənilir.