ONN İnformasiya Agentliyi

Yeni “iPhone”ların baha olmasının səbəbi nədir?

Yeni “iPhone”ların baha olmasının səbəbi nədir?
24 Sentyabr 2018 - 18:46

“Apple” şirkətinin rəhbəri Tim Kuk yeni “iPhone” modellərinin qiymətinin bahalığını onların indiyədək buraxılan ən mükəmməl smartfonlar olması kimi səbəb göstərib.

ONN media xəbər verir ki, o, “iPhone XS” və “XS Max” modellərinin istifadəçi üçün bütün digər qurğuları əvəz edə bildiyini söyləyib:

“Smartfon istifadəçinin rəqəmli kamerasını əvəzləyib. Daha ayrıca kameraya ehtiyac qalmayıb. O, videokameranı, musiqi pleyerini əvəz edib. Smartfon bütün bu müxtəlif qurğuları əvəzləməklə böyük əhəmiyyətə malik olmağa başlayıb”.

Qeyd edək ki, “Apple” şirkəti tərəfindən yeni “iPhone XS”, “XS Max” və “XR” modelləri sentyabrın 12-də təqdim olunub. “iPhone Xr” 749 dollar, “iPhone Xs” 999 dollar, “iPhone Xs MAX” isə 1099 dollardan başlayan qiymətlərlə 28 sentyabrdan etibarən satışa çıxarılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png