ONN İnformasiya Agentliyi

Yeni yaşadığı evində MARAQLI TAPINTI İLƏ ÜZLƏŞDİ

Yeni yaşadığı  evində MARAQLI TAPINTI İLƏ ÜZLƏŞDİ
19 Noyabr 2019 - 18:28

İngiltərənin Xaknoll şəhərinin Nottinqemşir qraflığının sakinləri iki il yaşadıqları evlərində maraqlı tapıntı ilə üzləşiblər.

ONN media bildirir ki, bu barədə yerli “Nottingham Post” qəzeti məlumat verir.

Bildirilir ki, 2017-ci ildən bəri yaşadığı evində nasaz elektik yuvasından əziyyət çəkən Darren Stils, nəhayət, usta çağırmaq qərarına gəlib. Evə çağırılan mütəxəssis təmir zamanı maraqlı tapıntını üzə çıxarıb: belə ki, elektrik yuvasının müdafiə örtüyünü çıxardıqda gizli seyf ortaya çıxıb.

Stils özünün “Twitter” hesabında gözlənilməz tapınının videosunu paylaşıb.

“Bu evdə yaşadıqdan iki il sonra mən, nəhayət, elektrik dəvət elədim… ki, gizli seyf barədə öyrənim”.

Video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Həmin posta isə 800 min baxış qazanıb və yüzlərlə şərh gəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png