ONN İnformasiya Agentliyi

Yer kürəsinə bənzəyən planetlərdə vulkan püskürə bilər – XƏBƏRDARLIQ

Yer kürəsinə bənzəyən planetlərdə vulkan püskürə bilər – XƏBƏRDARLIQ
23 İyun 2020 - 23:23

Yer kürəsinə ən çox bənzəyən planetləri araşdıran astronomlar hamısında vulkanik fəaliyyət ehtimalının olduğunu təsbit ediblər.

ONN media  xəbər verir ki, Amerika Birləşmiş Ştatları Havaçılıq və Kosmos Agentliyi – NASA-nın Goddard Kosmik Uçuş Mərkəzi ilə Planet Elmi İnstitutu və İdaho Universiteti alimləri 53 kənar planetin geoloji baxımdan nə qədər aktiv olub-olmaması ilə modelləşdirmə tədqiqatının ayrıntılarını “Publications of the Astronomical Society of the Pacific” jurnalında yayımlayıblar.

Astronomlar kütlələri Yer kürəsindən ən çox 8, radiusları isə 2 dəfə artıq olan bu planetlərdə istilik dərəcəsini hesablayıblar. Bütün bu planetlərdə vulkanlar və ya hidrotermal qaynaqlar kimi geoloji xüsusiyyətləri özündə əks etdirən və kifayət qədər enerjiyə malik olduğu ortaya çıxıb.

Bundan başqa, kənar planetlərin dörddə birinin buzlu səthlərinin altında okeanların olma ehtimalı söylənilib.

Alimlər onu da bildiriblər ki, bu kənar planetlərdən bəziləri Yupiterin Avropası (Europa), Saturnun Enseladı (Enceladus) kimi buzla örtülü peyklərə malik ola bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png