ONN İnformasiya Agentliyi

Yolu izah edən “ağıllı” ayaqqabı hazırlandı

Yolu izah edən “ağıllı” ayaqqabı hazırlandı
03 Oktyabr 2019 - 4:32

Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.

ONN media verir ki, “Ağıllı” ayaqqabı addımları və itirilmiş kaloriləri hesablamaq imkanına malikdir.

Mütəxəssislərin fikrincə, “bluetooth” texnologiyası ilə təchiz edilmiş ayaqqabılar sahibinin smartfonu ilə birləşir. Bu isə, onlara insanın nəzərdə tutulmuş marşrut üzrə hərəkətini izləməyə imkan verir. İnsan sağa və ya sola dönməlidirsə, ayaqqabıların sağ və ya sol tayı titrəməyə başlayır.

İstehsalçılar güman edirlər ki, onların tətbiqi yollarda qəza ehtimalını azaldacaq. Çünki insana hərəkət zamanı smartfonun ekranına baxmaq lazım olmayacaq.(trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png