ONN İnformasiya Agentliyi

“YouTube”un alətlərindən biri PULSUZ OLUR

“YouTube”un alətlərindən biri PULSUZ OLUR
02 Sentyabr 2019 - 2:22

“YouTube” tərəfindən pullu alət olaraq hazırlanan və 2016-ci ildə işə salınan “YouTube Originals” 2019-cu ilin sentyabrın 24-dən etibarən pulsuz olur.

ONN media bildirir ki, orjinal film, serial, tədbirlərdən ibarət olan kanala hazırda “YouTube Premium” istifadəçilərinin əli çatır.

“YouTube Originals” məzmunlarını bütün istifadəçilərə pulsuz təklif etsə də, premium abunəçilər kontenti reklamsız və yayımlandığı anda izləyə biləcəklər.

Premium istifadəçilər, həmçinin filmlərə çıxış tarixində baxmaq, oflayn izləmək, əlavə kontentlərə baxmaq, yükləmək imkanına sahib olmağa davam edəcəklər.

“YouTube” premium abunəçilərinin başqa bir üstünlüyü isə kitablıq bölməsindən yeni “Təklif edilən yükləmələrdə” maraqlı videoları tapmağı asanlaşdırır.

“YouTube”un premium funksiyası hazırda aylıq 16,99 TL-dən satışa (3 dollar) təklif edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png