ONN İnformasiya Agentliyi

Əbülfəs Qarayev müəllim kollektivini təbrik edib

Əbülfəs Qarayev müəllim kollektivini təbrik edib
04 Oktyabr 2019 - 14:19

Mədəniyyət naziri Əbülfəs Qarayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarının müəllim kollektivini təbrik edib.

ONN media bildirir ki, təbrikdə bildirilir ki, Azərbaycan xalqı onun gələcəyini işıqlandıran müəllim peşəsini həmişə müqəddəs hesab edib: “Elm, ədəbiyyat və mədəniyyətimizin bugünkü inkişafına görə öz maarif ziyasını əsirgəməyən fədakar insanlara minnətdarıq. Rəşid bəy Əfəndiyev, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Süleyman Sani Axundov, Abdulla Şaiq və digər ziyalı ədiblərimiz dövrün çətinliklərinə baxmayaraq, xalqa olan böyük sevgiləri sayəsində parlaq gələcək üçün yorulmadan, usanmadan çalışmışlar. Məhz onların əkdiyi maarif toxumları xalqımızın mədəni-mənəvi inkişafına münbit zəmin hazırlamışdır. Bu gün həmin maarif carçılarının varisləri olan pedaqoqlarımız bu şərəfli missiyanı uğurla davam etdirirlər”.
Bildirilir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sistemli inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Ölkəmizdə bədii təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, mərkəzdə və bölgələrdə təhsil ocaqları təmir-bərpa olunur.

Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsi məqsədilə təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulu 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır.

“Dövlətin bu sahəyə qayğısı, müəllimlərimizin öz bilik və bacarıqlarını əsirgəmədən şagirdlərə aşılaması nəticəsində bu gün incəsənətin müxtəlif sahələrində parlayan uşaq və gənclərimizin sorağı beynəlxalq festival və müsabiqələrdən gəlir. Dövlətimizin dəstəyi ilə gənclərimiz təhsillərini dünyanın məşhur musiqi təhsili ocaqlarında davam etdirirlər. Bütün bunlar müəllimlərimizin yorulmaz əməyinin bəhrəsidir”, – deyə nazirin təbrikində vurğulanır.
Əbülfəs Qarayev sonda bir daha müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ailə səadəti və müqəddəs peşələrində nailiyyətlər arzulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png