ONN İnformasiya Agentliyi

Ən yaxşı aktrisa o seçildi

Ən yaxşı aktrisa o seçildi
05 Noyabr 2023 - 22:31

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

ONN media xəbər verir ki, tədbirdə Əməkdar artist Məsmə Aslanqızı da mükafatlandırılıb.

Sənətçi gecədə Türk dünyasının “Ən yaxşı aktrisası” nominasiyası üzrə ödül alıb.

Xatırladaq ki, M. Aslanqızı bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olub. 2008-ci ilin mayında “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına, 26 aprel 2012-ci ildə Teatr nominasiyasında “Boy çiçəyi” tamaşasında uğurlu roluna görə “Humay” mükafatına, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png