ONN İnformasiya Agentliyi

Əbülfəs Qarayev Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini ilə görüşdü

Əbülfəs Qarayev Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini ilə görüşdü
21 Sentyabr 2018 - 18:27

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində 21 sentyabr 2018-ci il tarixində Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşmüşdür. Görüş çərçivəsində 2019-2020-ci illərdə Azərbaycan Respublikası və Rusiya Federasiyasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi ilə bağlı razılığın əldə edilməsindən əlavə bir sıra digər məsələlər müzakirə edilmişdir.

Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, müzakirələr zamanı müştərək film çəkilişinin həyata keçirilməsi, müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən, teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, xoreoqrafiya tədris ocaqları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri qaldırılmışdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png