ONN İnformasiya Agentliyi

Əli bəy Hüseynzadənin qızı dəfn edildi – FOTOLAR

Əli bəy Hüseynzadənin qızı dəfn edildi – FOTOLAR
26 Aprel 2020 - 10:37

Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan vəsiyyətinə uyğun olaraq İstanbulun Zəncirlikuyu qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

ONN media xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə tətbiq olunan dördgünlük karantin səbəbindən dəfn mərasimi keçirilməyib.

Feyzavər Alpsar Turanın dəfnində Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev iştirak edib.

Xatırladaq ki, ötən ilin dekabrında 100 yaşı tamam olan Feyzavər Alpsar Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 17 mart tarixli Sərəncamına əsasən “Dostluq” ordeni, ölkə başçısının digər Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.(AzərTac)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Əli bəy Hüseynzadənin qızı dəfn edildi – FOTOLAR
Əli bəy Hüseynzadənin qızı dəfn edildi – FOTOLAR
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png