ONN İnformasiya Agentliyi

Əməkdar artist ağır xəstəliyə düçar oldu

Əməkdar artist ağır xəstəliyə düçar oldu
09 Yanvar 2024 - 19:44

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovda xərçəng xəstəliyi aşkarlanıb.

ONN media xəbər verir ki, bu barədə kult.az-a sənətkarın dostlarından olan prodüser Vasif Ayan məlumat verib.

O bildirib ki, aktyorun qalxanabənzər vəzisi inkişaf edib və limfa düyünləri yaranıb:

“Nəticədə xərçəng xəstəliyinə tutulan sənətkar təcili əməliyyat olunub. Səs telləri zədələndiyinə görə də səsini qismən itirib. Hazırda həkim nəzarəti altında saxlanılır”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png