ONN İnformasiya Agentliyi

Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir

Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir
30 May 2023 - 11:36

Ötən gün vəfat edən əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir.

ONN media xəbər verir ki, mərhumun yaşadığı evdə keçirilən mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Mərasimdən sonra E.Qasımov Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub.

“Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan E.Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb//axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png