ONN İnformasiya Agentliyi

Əzizə Mustafazadə Xalq artisti oldu

Əzizə Mustafazadə Xalq artisti oldu
28 May 2018 - 1:46

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xalq artisti fəxri adını almış mədəniyyət xadimlərindən biri də məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Mustafazadə Əzizə Vaqif qızıdır.

Sevincini özünün "İnstaqram" səhifəsində bölüşən caz ifaçısı göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Əzizə xanımın fəxri ad almasına sevinən pərəstişkarları onu təbrik edib, sosial şəbəkələrdə bu yöndə paylaşımlar ediblər.

Qeyd edək ki, Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. 19 dekabr 1969-cu ildə Bakıda anadan olub. Anası Eliza Mustafazadə ilə bərabər Almaniyada yaşayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png