ONN İnformasiya Agentliyi

10 mart Azərbaycan Respublikasında Milli Teatr Günüdür

10 mart Azərbaycan Respublikasında Milli Teatr Günüdür
10 Mart 2024 - 10:01

Unutmayaq, unutdurmayaq.

10 mart Azərbaycan Respublikasında Milli Teatr Günüdür!

Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 10 mart 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu.

Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun misilsiz xidmətləri var. İlk teatr binasını tikdirən də məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

ONN ailəsi bütün teatr camiyəsini – teatrşünasları, rejissorları, aktyorları və teatrla bağlı hər kəsi eyni zamanda bütün teatrsevərləri bu gün münasibəti ilə təbrik edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png