ONN İnformasiya Agentliyi

12 may Novruz Aslanın anadan olmasının 60 ili tamam olur

12 may Novruz Aslanın anadan olmasının 60 ili tamam olur
12 May 2020 - 9:01

Unutmayaq, unutdurmayaq.

12 may (1960-2018) – “Savalan” musiqi qrupunun  bədii rəhbəri və Akademik Opera və Balet Teatrının solisti, müğənni, aktyor Novruz Novruzlunun doğulduğu gündür.

Novruz Novruzlu 12 May 1960-cı ildə qədim Türk yurdu olan Naxçıvanın Ordubad şəhərində anadan olub. O, 5 yaşında ikən atasını itirib. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib.

Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili -komediya aktyorluğu fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. Oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib.

Universiteti bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi “O olmasın, bu olsun” tamaşasında Əsgər rolunu ifa edib. Ömrünün sonunadək Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 

Qanlı 20 yanvar faciəsi baş verdikdən sonra dostları ilə birgə Savalan qrupunu yaradıb. Qrup olaraq daha çox dini mistik vətənpərvər musiqilər ifa ediblər.

Novruz Novruzlu 20 noyabr 2018-ci ildə ürək tutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png