ONN İnformasiya Agentliyi

22 yanvar Hacı İsmayılovun doğum günüdür

22 yanvar Hacı İsmayılovun doğum günüdür
22 Yanvar 2023 - 10:12

İsmayılov Hacı Məcid oğlu – Azərbaycan aktyoru, Respublikanın Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsüdür, Azərbaycanın Xalq artistidir.

Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M. F. Axundovun “Müsyö Jordan və dərviş Məstəlişah” komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin “Qəribə missis Səvic” dramında Ceffi, A. Papayanın “Bəli, dünya dəyişib” komediyasında Səməndər, C. Cabbarlının “Sevil” pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H. Cavidin “Xəyyam” faciəsindəki İkinci Qulam rolunu alıb.

“Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Ad günü” filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.

17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.

2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir.

Ailəlidir, iki övladı və üç nəvəsi var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png