ONN İnformasiya Agentliyi

27 mart Beynəlxalq Teatr Günü kimi qeyd olunur

27 mart Beynəlxalq Teatr Günü kimi qeyd olunur
27 Mart 2023 - 9:40

Martın 27-si dünyada Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

ONN media  bildirir ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib.

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

Bu mötəbər gün ilə əlaqədar olaraq  27 mart tarixində dünyanın bütün teatrlarında, o cümlədən respublikamızda fəaliyyət göstərən teatrlarda müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş edilir.

Qeyd edək ki, Azərbaycan peşəkar teatrının yaranması da, mart ayına təsadüf edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png