27 yanvar Ofeliya Aslanın doğulduğu gündür

Unutmayaq, unutdurmayaq!

Ofeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub. Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə çıxış edirdi.

Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956-1958),Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı(1958-1961) işləyib.1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı xorunda oxuyub.1965-1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib.1968-ci ildən ömrünün sonuna Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub.(qısa fasilələrlə)

Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb(1977-1983).Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi

Ofeliya Aslan Musiqili Komediya Teatrında xeyli tamaşalarda çıxış edib.Bir sıra səhnə əsərlərində diqqətçəkən rollar oynayıb.Onun ifa etdiyi daha maraqlı səhnə persinajları: Aytən («Ev bizim,sirr bizim»,Novruz Gəncəli və Şəfiqə Axundova), Lalə («Durna»,Süleyman Rüstəm və Səid Rüstəmov), Sevər, Matan («Seyindik qız axtarır»,«Olmadı belə oldu belə»,Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Cenni («Həyətim mənim həyatım mənim»,Cahangir Məmmədov və Əşrəf Abbasov), Diləzbər («Həmişəxanım»,Salam Qədirzadə və Süleyman Ələsgərov), Yengə,Telli («O olmasın bu olsun»,«Arşın mal alan» Üzeyir Hacıbəyli), Şəfa («Məmmədəli kurorta gedir»,Atif Zeynallı bəstəkarlar Tofiq Bakıxanov,Nəriman Məmmədov), Mehparə,Gövhər («Gözün aydın»,Məhərrəm Əlizadə və Fikrət Əmirov), Gülnaz («Beş manatlıq gəlin»,Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Ceyran («Toy kimindir?»,Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Alagöz («Dağlar qoynunda», Ədil İsgəndərov və Əşrəf Abbasov), Nazlı («Nənəmin şahlıq quşu»,Əliağa Kürçaylı və Vasif Adıgözəlov), Çarlston («Hicran»,Sabit Rəhman və Emin Sabitoğlu), Çətirgül («Təzə gəlin»,Seyfəddin Dağlı və Cahangir Məmmədov), Rəxşəndə («Qaçırılmış qız»,Cahangir Məmmədov və Ramiz Mirişli), Tülkü («Şəngülüm,Şüngülüm,Məngülüm»,Ramiz Heydər və Oqtay Zülfüqarov), Arvad («Məzəli əhvalat»,Rühəngiz Qasımova), Şərəf («Danabaş kəndinin əhvalatları», Cəlil Məmmədquluzadənin eyni əsəri əsasında libretto müəllifi Cənnət Səlimova,bəstəkar Tofiq Quliyev), Məryəm(«Siravi Seyfullanın xidməti əziyyətləri», Sultanməcid Qənizadənin «Xor-xor» məzhəkəsi əsasında libretto müəllifi Akif Məhərrəmov və Aydın Əzimov), Səmayə («Bankir adaxlı»,Tamara Vəliyeva və Emin Sabitoğlu),Əntiqə “Volqalı canan”(Ramiz Mustafayev,Abdulla Qüdrət) və digər rolları oynayıb.O, Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R. Hacıyevin «Mama, ya jenyus» əsərində Bibixanım rolunda çıxış edib. Ofeliya Aslan Azərbaycan televizyasının bir sıra teletamaşalarında yaddaqalan rollar oynayıb.Mozalan Satirik Kinojurnalının bir neçə nömrəsində çəkilib.Aktrisa 54 il teatrda çalışsada heç bir fəxri ad verilməyib.

18 may 2010-cu ildə 2-illik xəstəlikdən sonra 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

Yasamal qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!