82 yaşlı xalq artisti koronavirusa yoluxdu

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının “Muğam” kafedrasının müdiri Arif Babayev koronavirusa yoluxub.

ONN media  bildirir ki, sənətçinin vəziyyəti sabitdir. O, evdə müalicə alır.

Qeyd edək ki, 82 yaşlı sənətçi ötən il ağır əməliyyat keçirmiş, onun üçün İstanbuldan həkim gətirilmişdi.(BAKU.WS)