ONN media

Alim Qasımovdan Sami Yusifin “Sığmazam”ına – Münasibət

Alim Qasımovdan Sami Yusifin “Sığmazam”ına – Münasibət
04 Oktyabr 2019 - 15:47

Tanınmış xanəndə Alim Qasımov Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı və böyük rezonansa səbəb olan mötəşəm kompozisiyasına münasibət bildirib.

ONN media xəbər verir ki, o,  açıqlamasında Sami Yusifin geniş pərəstişkar auditoriyası olan, sevilən sənətkar olduğunu bildirib.

“Hər ikimiz səhnədən öz istəyi, eşqi olan insanlarıq. Bəlkə də bu əsərə fərqli tərzdə yanaşa bilərdik. Odur ki, addımını alqışlayıram. Başqa sənətkarın arzusu ilə ifamı çərçivələyə bilmərəm. Lakin bilmək olmaz, bəlkə gələcəkdə dövlətimiz elə bir layihə təşkil edəcək ki, səhnədə birgə yer alacağıq”, – xanəndə deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png