Amaliya Pənahovanın abidəsi üçün 45,3 min manat ayrıldı

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xalq artisti Amaliya Pənahovanın abidəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ONN media xəbər verir ki, tenderin qalibi Ferro-20 MMC-dir.

Qalib şirkətə 45,3 min manat ödəniləcək.

Abidəni gibsdən xalq rəssamı Natiq Əliyev hazırlayacaq.