ONN İnformasiya Agentliyi

Anar Kərimov Xalq artisti Afaq Bəşirqızını təbrik etdi

Anar Kərimov Xalq artisti Afaq Bəşirqızını təbrik etdi
17 Avqust 2020 - 14:52

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifəsini icra edən Anar Kərimov tanınmış aktrisa, Xalq artisti Afaq Bəşirqızını doğum günü münasibətilə təbrik edib.

Nazirlikdən ONN media -ya verilən məlumata əsasən, təbrikdə aktrisanın milli teatr və kino sənətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilir, o öz peşəsinə, Azərbaycan teatr sənətinin zəngin ənənələrinə, milli-mənəvi dəyərlərimizə sadiq sənətkar kimi səciyyələndirilir. Qeyd olunur ki, Afaq Bəşirqızı həm yaradıcılığı, həm də şəxsiyyəti ilə gənc nəslə örnəkdir. İstər teatr səhnəsində, istərsə də kinoda yaratdığı bir-birindən gözəl obrazlar ona böyük tamaşaçı sevgisi qazandırıb.

Vurğulanır ki, A.Bəşirqızının Azərbaycan səhnə sənətinə verdiyi töhfələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ən mötəbər fəxri adlara, həmçinin “Şöhrət” ordeninə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. O eyni zamanda Prezidentin fərdi təqaüdçüsüdür. Bütün bunlar dövlətimizin sənətkarın yaradıcılığına olan diqqət və qayğısının bariz göstəricisidir.

“Daima dövlətin Sizə göstərdiyi bu etimadı doğruldur, zəngin köklərə malik Azərbaycan teatrını, milli-mənəvi dəyərlərimizi yaşadır, onları gələcək nəsillərə sağlam şəkildə ötürərək mənəvi borcunuzu yerinə yetirirsiniz. Əminik ki, bundan sonra da qazandığınız bilik və təcrübənizi Azərbaycan teatrına sərf edəcək, milli mədəniyyətimizin inkişafı üçün öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz”, – deyə təbrikdə bildirilir.
Anar Kərimov sonda bir daha Afaq Bəşirqızını doğum günü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi və öz adından səmimi qəlbdən təbrik edib, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png