ONN İnformasiya Agentliyi

“Ay dədə vay… Bunlar adamı öldürmək istəyirlər” — Rasim Balayev ƏSƏBİLƏŞDİ

“Ay dədə vay… Bunlar adamı öldürmək istəyirlər” — Rasim Balayev ƏSƏBİLƏŞDİ
29 May 2019 - 16:37
ONN media xəbər verir ki, Xalq artisti Rasim Balayev ayağının sınması barədə yayılan xəbərlərə əsəbiləşib.

Sənətkar bildirib ki, belə məsələlərin xəbərə çevrilməsinin əleyhinədir:

“Ay dədə vay… Bunlar adamı öldürmək istəyirlər. Nə olub e? Adam yıxılar da. Deyəsən yazmağa şey tapmırlar e. İstəyirlər ki, adamın ölümünü də birinci xəbər versinlər. Saytlarının oxunmağ üçün belə şeyləri xəbərə çevirirlər”.

Sənətkar bildirib ki, ayağı sınmayıb, sadəcə, burxulub:
“Ayağım evdə xalçaya ilişdi. Getdim rentgenə, dedilər ki, çıxıq yoxdur, burxulub. İndi maz sürtürəm.   Onsuz da ayağımda problem var, normal addım ata bilmirəm, bəzən sol ayağımı sürüyürəm. Ayağımı sürüyəndə baş barmağım xalçanın qırağına ilişdi, yıxıldım”.ölkə.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png