ONN İnformasiya Agentliyi

Azərbaycan İstanbul kitab sərgisində “Karabakh is Azerbaijan” stendi ilə təmsil olunacaq

Azərbaycan İstanbul kitab sərgisində “Karabakh is Azerbaijan” stendi ilə təmsil olunacaq
16 Noyabr 2020 - 10:33

Bu il 40-cı dəfə təşkil olunacaq TÜYAP İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) stendi ilə təmsil olunacaq.

ONN media  xəbər verir ki, sərgi noyabrın 18-21-də İstanbul Fuar və Konqres Mərkəzində açılacaq.

Hər il olduğu kimi, bu il də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgidə ölkənin qədim tarixinin, zəngin mədəniyyətinin, Qarabağ həqiqətlərinin təbliğ olunduğu kitablar nümayiş etdiriləcək.

Xatırladaq ki, İstanbulda hər il təşkil olunan ənənəvi kitab sərgisinə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar qatılır. Nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png