Azərbaycanın tanınmış aşığı vəfat etdi

Aşıq Əlixan Niftəliyev 79 yaşında vəfat edib.

ONN media xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz “Facebook” hesabında paylaşım edib.

“Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad sənətkatımız Aşıq Əlixan Niftəliyev vəfat edib. Sənətkarın doğmalarına baş sağlığı verir, Ulu Tanrıdan səbr diləyirəm. Yeri cənnət olsun!”, – deyə o qeyd edib