Azərbaycanın xalq artisti vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki baş verib.

Bu barədə ONN media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.

“Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – deyə qurum bəyan edib.