ONN İnformasiya Agentliyi

Vəfa Rəhimli: Bizim böyük məqsədimiz… (MÜSAHİBƏ)

Vəfa Rəhimli: Bizim böyük məqsədimiz… (MÜSAHİBƏ)
18 Fevral 2020 - 11:30

Azərbaycanın  ən böyük muzeyləri sırasında olan Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri Vəfa Rəhimli ONN media -nın həmsöhbəti oldu.

Vəfa xanım, bu sahədə neçə ildir ki, fəaliyyətəsiniz?

-Muzey fəaliyyətim  universiteti bitirdiyim il, 1999-cu ilə təsadüf edir.. Muzeydə işlədiyim qısa müddət ərzində əldə etdiyim iş təcrübəm, universitet  biliyim  və muzeyin zəngin kitabxanasından əldə etdiyim məlumatlar istəyimə nail olmağa imkan verdi. Lakin təhsilimi davam etdirmək niyyətində idim. Bu cox çəkmədi.Muzey tilsim kimi məni özünə çəkdi və yenidən sevimli məkanıma geri qayıtdım. Belə deyək, muzey ilə böyüdüm… Muzey mənim üçün duyğu, hiss, sevgi, rahatlıq, zövq… bir sözlə, ruhumun mədəniyyət və estetika ilə sintezidir.  Və beləliklə bu 15 ildir ki davam edir…

İşinizin  çətinliyi nədədir?

-Azərbaycanın ən böyük muzeylərindən biri olub, 18 mindən çox dəyərli eksponat mühafizə olunduğu məkandır. Çətinliyi məsuliyyətin böyüklüyündədir. Hər eksponatın xüsusi mühafizəyə ehtiyacı var. İllər, əsrlər keçdikcə, eksponatlarda müəyyən dəyişikliklərin baş verməsi qaçılmazdır. Bizim işimiz onları qorumaq, hər bir eksponatı materiallarına əsasən ayrı-ayrı saxlanclarda və xüsusi temperatur rejimi altında saxlanılmasını təmin etməkdir. Bununla yanaşı, daimi ekspozisiyada nümayiş olunan ekponatların da temperatur rejiminə və mühafizəsinə  ciddi nəzarət edilir. Bizim ən önəmli məqsədimiz mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsidir.

Azərbaycan Milli İncəsənət Muzeyində  bir sıra ölkələrin mədəniyyəti və incəsənəti barədə yaxından  tanış olmaq mümkündür. Muzeyə  gələn  insanların  marağına  və diqqətinə  necə  təsir  edir?

-Bu sual barəsində bir qədər ətraflı danışmaq istərdim.  Muzeyimizdə bir çox ölkələrin- Qərbi Avropa (İtaliya, Fransa, Flandriya, Hollandiya, Almaniya və s.) , Rusiya, Qədim Misir, Yunanıstan, Türkiyə, İran, Çin və başqa incəsənət nümunələri nümayiş olunur. Və təbii ki, Qədim Azərbaycan incəsənətindən başlayaraq müasir dövr incəsənət nümunələrinin nadir inciləri tərənnüm edilir.

Bir müddət muzeylərə, kitabxanalara, ümumilikdə mədəni məkanlara tamaşaçı marağının azalması ürəkaçan deyildi. Mədəniyyət və incəsənət elə bir sahədir ki, yalnız müəyyən qrup insanlarla məhdudlaşmamalıdır. Bütün ictimaiyyət üçün açıq və maraqlı olmalıdır. Çünki, bu sahə estetikadır, ruhdur, incəlikdir və hətta xoşbəxtlikdir deyərdim.   Hər bir tamaşaçının müxtəlif maraq dairəsi olur. Buna yaş dövrləri, dünya görüşü də təsir edir. Əslində, vəzifəm bələdçi deyil. Amma, ara-sıra gələn xüsusi qonaqlara bələdçilik üçün dəvət olunuram. Qısa zamanda onların maraq dairəsini təyin edir və ekskursiyanı həmin istiqamətdə aparmağa çalışıram. Muzeyə gələn hər bir tamaşaçıya individual yanaşılır və onlara öz incəsənətimiz, həmçinin dünya incəsənətinin rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ- tətbiqi sənətin  nümünələri ilə yaxından tanışlıq təqdim edilir.

Belə, böyük  sərgilərin  pərdə arxasında  nələr  yaşayırsınız?

-Hər bir işin pərdə arxası əziyyətli və bir qədər qarışıq olur. Sərgilərin təşkili bir kollektivin zəncirvari işidir. Bu zaman təşkil olunan sərginin mözusuna uyğun eksponatlar seçilir, bərpaya ehtiyacı olanlar bərpaya verilir və bir neçə belə mərhələdən sonra nümayiş üçün hazırlanır. Prosses istər muzeydaxili, istərsə də xarici ölkələrdə keçirilən sərgilərə aiddir. Pərdə arxasında nələr yaşayırıq? Yenə də hər bir məsələdə yüksək məsuliyyət, gərginlik, yorğunluq və sonda hər bir əziyyəti yaddan çıxaran həmin sərgiyə olan tamaşaçı marağı…

Əldə  edilən gəlirlər necə  dəyərləndirilməkdədir?

-Əldə edilən gəlirlər yeni layihələrin təşkilinə sərf edilir.

Muzeyə  gələn  insanları  hansı  yeniliklər  gözləyir  qarşıda?

-İlk öncə onu qeyd edim ki, uzun illər təmirdə olan əsas bina artıq tamaşaçılara açıq elan edilib. İndi muzey iki qədim malikanədən və onları birləşdirən yeni keçid korpusundan ibarətdir.

Muzeylərdə son zamanlar format bir qədər dəyişdilib. Tamaşaçıların muzeyə cəlb olunmasında innovativ layihələrin, proyektlərin mühüm rolu var. İl boyu muzeyi saysız şəkildə həm yerli, həm də xarici vətəndaşlar ziyarət edir və öz razılıqlarını bildirirlər. Bu bizim üçün qürurvericidir. Məqsədimiz də, ələlxüsus, öz incəsənətimizi yüksək səviyyədə tərənnüm edib, dünyaya tanıtmadır.

Uşaqların muzeylərə cəlb olunmasına xüsusi diqqət və  önəm verilir. Maarifləndirmə ayları keçirilir, muzey eksponatlarının tanıdılması və yadda qalması üçün  əyləncəli oyunlar, ustad dərsləri, slaydşou vasitəsi ilə mühazirələr və başqa istiqamətdə yeniliklər təqdim olunur.

Bundan əlavə, gələn tamaşaçılar artıq tək canlı bələdçi (gid) xidmətindən yox, yeni quraşdırılmış audiogid sistemindən də istifadə edə bilərlər. Yəni, xüsusi aparatlarla istədikləri eksponat haqqında dolğun məlumat ala bilərlər. Yeniliklərimiz bununla bitmir.

Hər birinizi bu füsunkar və sehrli məkanı seyr etməyə dəvət edirəm.

Sizə işinizdə uğurlar arzu edirəm.  Xoş və səmimi  söhbətə görə  təşəkkür edirəm.

-Əhatəli suallar oldu, Səidə xanım sizə və ONN media ailəsinə  təşəkkür edirəm.

Səidə SEYİDLİ

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Vəfa Rəhimli: Bizim böyük məqsədimiz… (MÜSAHİBƏ)
Vəfa Rəhimli: Bizim böyük məqsədimiz… (MÜSAHİBƏ)
Vəfa Rəhimli: Bizim böyük məqsədimiz… (MÜSAHİBƏ)
Vəfa Rəhimli: Bizim böyük məqsədimiz… (MÜSAHİBƏ)
Vəfa Rəhimli: Bizim böyük məqsədimiz… (MÜSAHİBƏ)
Vəfa Rəhimli: Bizim böyük məqsədimiz… (MÜSAHİBƏ)
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png